25 İyun 2017 13:03
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib.

Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Zərbələr şənbə günü, “Cəbhət ən Nüsra”nın Colan yüksəkliklərindəki mövqeylərinə endirilib. Terror təşkilatının əsasən hərbi texnikası hədəfə götürülüb.


Müəllif: Teleqraf.com