26 İyun 2017 00:58
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Colan yüksəkliklərinin yəhudilər yaşayan hissəsinə atılan mərmilərə cavab olaraq Suriyaya qarşı avia-hücumlarını davam etdirir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi yəhudi ordusunun sərhəd bölgələrdə təmizləmə əməliyyatı aparıdğını təsdiqləyib.

Bildirilir ki, İsrail ordusu sərhədi aşaraq Suriyanın içərilərinə doğru bir neçə kilometr irəliləyiblər.

Qeyd edək ki, iki gün öncə İsrail ordusunun avia zərbələri nəticəsində iki Suriya hərbçisi öldürülüb.


Müəllif: Ruslan