26 İyun 2017 10:08
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın şimal-qərbində yerləşən göldə mülki gəmi batıb, nəticədə 6 nəfər həyatını itirib

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kolumbiya rəsmiləri Guatepe şəhəri yaxınlığında batan Almirante adlı dörd mərtəbəli gəmidən 133 adamın xilas edildiyini, 16 nəfər haqqında isə məlumat olmadığını deyiblər.

Qəza zamanı gəmidə 170-ə qədər adamın olduğu qeyd olunur.

Hadisə zamanı gəmidə olan Xuan Quiroz bildirib ki, gəmi 5 dəqiqənin içində batıb.

Hadisə yerinə Kolumbiya prezidenti Xuan Manuel Santos gəlib.

Kolumbiya ordusuna aid vertolyotlar və xilasedicilər hazırda itkin düşənləri axtarır.

Qeyd edək ki, su anbarı üçün istifadə edilən göldə əsasən turistlər gəmi səyahətinə çıxırlar. Hadisə zamanı dagəmidə olanların çoxunun turist olduğu bildirilir.


Müəllif: Cavad