26 İyun 2017 15:17
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:53

Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva bir neçə saat öncə vəfat edib.

Publika.az xəbər verir ki, xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

***

11:44

APA-nın verdiyi xəbərə görə isə, xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır.

Xalq artisti Qəndab Quliyevanın müalicə oldunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.

***

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.

Bu barədə xanəndənin oğlu Hafiz Həmidov bildirib.

Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.

Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu.

Qəndab Həbib qızı Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.

İlk muğam müəllimi Nəriman Əliyev olub. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Teatrın səhnəsində Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.


Müəllif: Teleqraf.com