26 İyun 2017 11:35
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.

APA-nın verdiyi məlumata görə, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.


Müəllif: Teleqraf.com