26 İyun 2017 14:51
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Nyu-York şəhərində 40 min insanın iştirakı ilə nəhəng Qürur Yürüşü keçirilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, yürüşdə Celsea Manningdə iştirak edib.

Qeyd edək ki, Manning ABŞ ordusunda xidmət edərkən həbs edilib. O, ordu ilə bağlı məxfi sənədləri “Wikilesks”ə ötürməkdə ittiham olunurdu. Həbsxanada olduğu zaman Manning cinsiyyətini dəyişdirib. Həbsdən çıxdıqdan sonra isə ABŞ ordusunun sabiq nümayəndəsi ilk dəfə olaraq nəhəng tədbirə qatılıb.

Bildirək ki, ABŞ-la yanaşı Kanada da Qürur Yürüşü keçirilib. Hər il olduğu kimi bu dəfə də Torontoda baş tutan yürüşdə ölkənin baş naziri Justin Trudeau iştirak edib.


Müəllif: Cavad