26 İyun 2017 15:58
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu İŞİD-ə qarşı davam etdirdiyi hərbi əməliyyatlarda böyük uğur əldə edib. Ordu Mosulun Qədim Kənd bölgəsindəki mühüm əhəmiyyətə malik olan El Faruk bölgəsini ələ keçirib. Dar küçələri və əhalinin çoxluğu ilə diqqət çəkən Qədim Kənd bölgəsində sıxışdırılan İŞİD İraq ordusunun hücumlarını mülkü insanları önə çıxarmaqla zəiflətməyə çalışır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İŞİD Şimali İraqın müxtəlif bölgələrindən gətirdiyi silahlı və kamikadzelər vasitəsilə İraq ordusuna hücumlar da təşkil edir.

İraq rəsmiləri İŞİD-in hücumlarına sürətlə cavab verildiyini qeyd edirlər və qeyd edirlər ki, terrorçular Mosulun Qədim Şəhər hissəsində dar bir sahəyə sıxışdırılıb.


Müəllif: Cavad