26 İyun 2017 18:01
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda cinayətkar 3 yaşlı qızı girov götürüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə iyunun 25-dən 26-na keçən gecə baş verib.

Faruk Şahin adlı şübhəli bir şəxs kafeyə daxil olaraq mobil telefon oğurlayıb və sürətlə qaçmağa başlayıb. Bu zaman kafedə olanlar və ətrafdakılar durumu polisə bildirib. Qısa zamanda hadisə yerinə gələn polis cinayətkarı izinə düşüb. Yaxalanacağını görən cinayətkar yoldan keçən avtomobilə minərək burada əlində olan bıçağı 3 yaşlı qızın boğazına dirəyib və onu girov götürüb. Qızın atasından isə tələb edib ki, avtomobili sürətlə idarə etsin. Lakin polis anında avtomobili mühasirəyə alıb. Bir anlığa cinayətkarın çaşqınlıq içində olduğunu görən sürücü ani hərəkət edərək 3 yaşlı qızını xilas edib və cinayətkarı zərərləşdirib.

Saxlanılan Farik Şahin polis idarəsinə aparılıb. İfadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb.


Müəllif: Cavad