26 İyun 2017 17:45
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada hava limanının avtomobil parkında türk vətəndaşının cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Rusiyanın Ren Tv kanalı xəbər yayıb.

“Sputnik” Agentliyi isə iddia edib ki, Moskvaya təyyarə ilə gələn türk vətəndaşı hava limanı yaxınlığında qəfil ölüb.

Rusiya hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Türkiyə mediası isə bu xəbəri “Rusiya paytaxtı Moskvada Vnukova hava limanında türk vətəndaşının öldüyü iddia olunur” şəklində verib.


Müəllif: Cavad