15 İyul 11:11

Şimali Osetiyada Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Krasnodarda 15 yaşlı qızı zorlamaqda və qətldə ittiham olunub.

Məlumatlara görə, saxlanılan şəxs 29 yaşlı Əlizadə Qismət Əli oğludur. Hazırda onun dindirilmə prosesi gedir.

Qeyd edək ki, 15 yaşlı Yekaterina Bibikin cəsədi şəhər kənarında tapılıb. Araşdırmalar zamanı onun Əlizadə Qismət tərəfindən zorlandığı və qətlə yetirildiyi məlum olub.


Müəllif: Samir