15 İyul 2017 12:12
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi olub.

Report xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Şuşa" restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.

Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.


Müəllif: Teleqraf.com