15 İyul 2017 14:26
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "reket jurnalist"lərə qarşı əməliyyat keçirilib.

Report-un məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com