17 İyul 16:01

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki 46 saylı məktəbdə direktor Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ordubad rayon sakini Ağamalı Əliyev tutulub.

Ağamalı Əliyevin əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov