17 İyul 17:23

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan ordusuna məxsus hərbi hissədə atışma olub.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, hərbi qulluqçular arasında baş verən insident zamanı baş leytenant Vaxe Qriqoryan və əsgərlərdən biri yaralanıb.

Məlumatlara görə, sərxoş vəziyyətdə hərbi hissəyə gələn zabit tabeliyində olan əsgəri təhqir edib və onu özünə qəbir qazmağa məcbur edib.

Təhqirlərə dözməyən əsgər silahı ilə zabiti yaralayıb və intihara cəhd edib. Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Samir