18 İyul 2017 16:27
1 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı fəal Səfiyyə Qarabağlı İran Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən Zəncanda saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, azərbaycanlı xanım iyulun 17-də evdən çıxarkən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bu barədə Səfiyyənin həyat yoldaşı Ruzbeh Səadəti öz Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, yaxalandıqdan bir neçə saat sonra 3 məmur Səfiyyə ilə birlikdə evə gəldilər. Onlar evdə axtarış aparıb, kompüter, kitab, dəftər və bir neçə şəxsi əşyanı götürüb özləri ilə aparıblar:

“Biz bir-birimizlə bir neçə kəlmə danışa bildik. Səfiyyə sistemin əleyhinə təbliğ və cəmiyyətdə əsassız təşviş yaratmaqda ittiham olunduğunu bildirdi. Bundan başqa onun vəziyyəti ilə bağlı heç bir məlumatım yoxdur”.


Müəllif: Samir