18 İyul 2017 16:20
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının, Hacıqabul rayonu, Talış kəndindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışlarına başlayıb.

Əlavə məlumat veriləcək.


Müəllif: Şəfiqə