19 İyul 2017 23:18
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də Qaxda evdən çıxıb geri qayıtmayan 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılova tapılıb.

Evdəkilərə heç bir məlumat vermədən uşaqları ilə birlikdə qaçan Aynurla Yeganə gəlin-baldız olub. Onların axtarışı nəticə verib.

Teleqraf.com xəbər verir ki, Qax RPŞ-dən Publika.az-a verilən məlumata görə, onlar Bakıda tapılıb və ailələrinə təhvil verilib.

Kənd sakinləri bildirib ki, bu müddət ərzində onlar Aynur İsmayılovanın bacısının evində qalıblar.


Müəllif: Teleqraf.com