20 İyul 2017 13:42
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıtdakı yeni bulvarın ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi “Mersedes” markalı, 90 ZU 772 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini, 65 yaşlı Sərhəddin Xəlilovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb.


Müəllif: Hacı Zeynalov