21 İyul 2014 14:41
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Xarici İşlər Nazirliyi rus estradasının tanınmış simaları – İosif Kobzon, Oleq Qazmanov və Valeriyanın ölkəyə girişinə qadağa qoyub.


Alınan məlumata görə, Nazirliyin bu addımı atmasına səbəb adıçəkilən şəxslərin Ukraynada baş verən hadisələr və Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı mövqeləri olub.


Qeyd edək ki, bu həftə Yurmala şəhərində ənənəvi “Yeni dalğa” musiqi festivalı keçiriləcək. Sabah isə bu ölkədə İosif Kobzonun yaradıcılıq gecəsi planlaşdırılıb.

/axar.az/


Müəllif: