21 İyul 2017 09:49
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-dən 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, yearltı təkanların episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından 16,2 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yunanıstanın Kos adasında binanın dağılması nəticəsində 2 nəfər həlak olub.

Bundan əlavə 100 nəfər xəsarət alıb. Yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.

Yüzlərlə turist gecəni dəniz qırağında keçirmək məcburiyyətində qalıb.

Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib. Bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar.

Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.


Müəllif: Günay Əli