22 İyul 2017 11:51
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stavropol vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus dərəyə aşıb.

Teleqraf.com RİA informasiya agentliyinə istinadən xəbər verir ki, qəza mikroavtobusun arxa təkərinin yerindən çıxması nəticəsində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb. 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər isə xəsarət alıb. Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

Yaralananların vəziyyəti barədə informasiya verilməyib.

Qeyd edək ki, mikroavtobusu idarə edən 27 yaşlı Azərbaycan vətəndaşının bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmadığı və dörd illik sürücülük təcrübəsinə malik olduğu bildirilib.


Müəllif: Günay Əli