22 İyul 2017 23:14
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda bir qadın ərinin cinsiyyət orqanının kəsərək pul qabına qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mayl” qəzeti yazıb.

Xəbərində deyilir ki, hadisə Hindistanın cənubunda yerləşən Tamin Nadu əyalətinin Gudiyatham qəsəbəsində baş verib. 30 yaşında olan 4 uşaq anası ərinin təcavüzlərinə dözməyərək ,onun cinsiyyət orqanının kəsib pulqabına qoyub. O, ata evinə gedərkən yolda polis tərəfindən həbs edilib.

Sonradan bəlli olub ki, həbs edilən Sarasu və zərərçəkən əri Jagadesan 14 ildir ki, evlidir. Onlar bir il ayrı yaşayıblar, sonradan 13 yaşlı oğullarının istəyi üzərindən bir araya gəliblər.


Müəllif: Cavad