24 İyul 2017 01:22
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Almaniyanın Hamburq şəhərində yoxa çıxan türkiyəli boksçu Tunahan Keserin cəsədi meşəlik ərazidə tapılıb.

Publika.az Almaniyanın “Morgenpost” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı idmançının cəsədi avtoban yolu yaxınlığında yük maşınının sürücüsü tərəfindən aşkarlanıb.

Hamburqda yaşayan Tunahan iyunun 23-də rinqə çıxmalı imiş. Ancaq ondan xəbər alınmadığı üçün görüş o vaxtdan təxirə salınıb. Qeyd edək ki, bundan bir gün əvvəl gənc boksçunun məşqçisi naməlum şəxs tərəfindən ayağından silahla vurulub.

Tunahanın avtomobilinə baxış keçirən polis heç bir iz tapmayıb. Üstündən 1 ay vaxt keçsə də, hər iki hadisənin səbəbləri barədə tutarlı açıqlama verilməyib.


Müəllif: Teleqraf.com