24 İyul 2017 13:54
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə Yeni ili qarşılayarkən izlədiyimiz "Evdə tək" filminin məşhur aktyoru Con Herd dünən 72 yaşında dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, filmdə evdə tək qalan əsas qəhrəman Kevinin (Makoley Kalkin) atasını canlandıran 72 yaşlı aktyor Kaliforniya ştatında yerləşən xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, Con Herd iyulun 19-da belindən əməliyyat keçirib. O vaxtdan bəri həkim nəzarəti altında müalicə alırdı. İlkin araşdırmalara görə, polis həkimləri günahkar hesab etmir.

"Evdə tək" filmində Con Herd ilə yanaşı ABŞ-ın hazırkı prezidenti Donald Tramp da iştirak edib.


Müəllif: Könül