25 İyul 2017 14:43
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:21

Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun ailəsində faciə baş verib.

Teleqraf.com xəbər verir ki, bu haqda İsmayılov özünün Feysbuk hesabında yazıb.

O, bildirib ki, ailəsi faciə ilə üzləşib: “Əzizimiz İdris dünən axşam saatlarında dənizdə batıb. Dəniz dalğalı olduğundan axtarışlar nəticə verməyib. Nurlu, məsum İdrisimizi dəniz qoynuna aldı”.

Daha sonra Nurəddin İsmayılov üzünü gənclərə küləkli havada dənizə getməməyi tövsiyə edib.

Dənizdə batan İdris İsmayılov Nurəddin İsmayılovun əmisi nəvəsidir.

***

Xəzərdə batan və iyulun 23-dən axtarışına başlanılan 17 yaşlı gəncin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 23-dən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

İyulun 25-də 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb və ailəsinə təhvil verilib.


Müəllif: Cavad, İlhamə