26 İyul 2017 10:28
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

07.25 23:34

Bu gün axşam saatlarında Qazaxdan Bakıya gələn qatar 3 nəfərin həyatına son qoyub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb və hər üçü dünyasını dəyişib.

Qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Şəmkirin Zəyəm kəndində dayanıb.

Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

***

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

Kəndin icra nümayəndəsi Elçin Abbasovun isə Teleqraf.com-a bildirib ki, hadisə ailə münaqişəsi zəmnində olub:

“İyulun 25-də saat 20 radələrində Pərvanə Mahmudova həyat yoldaşının bibisi Dursun Mahmudova ilə mübahisə edib. Daha sonra iki uşağını da götürərək evdən çıxıb və qəsəbədən keçən dəmir yol xəttinin yanına gələrək uşaqları ilə birlikdə özünü qatarın altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Həyat yoldaşı Nəsrəddin Mahmudov yük maşını sürücüsüdür. Dünən evdə olmayıb”.

Elçin Abbasov qeyd edib ki, ərinin bibisi Nəsrəddini uşaq vaxtından övladlığa götürüb: “Pərvanə ilə aralarında əvvəllər heç bir problem olmayıb. Pərvanənin belə bir addım atması şübhəlidir”.

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.


Müəllif: İlhamə Əbülfət