26 İyul 2017 00:34
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində yerləşən hamamın yanar konstruksiyaları 6 m2 sahədə və 1 ədəd suqızdırıcı aparat yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com