26 İyul 2017 10:46
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşən İbrahim Əliyev dünən gecə saatlarında tapılıb.

Bu barədə Teleqraf.com-a İbrahimin atası Yaşar Əliyev məlumat verib.

Onun sözlərinə görə, İbrahim dünən gecə saatlarında 28 may metrosu ətrafından tapılıb: “28 may metrosu ətrafından qardaşımın dostları görüb, gecə saat 4-ün yarısı gedib rayona gətirmişik. Uşağın vəziyyəti yaxşıdır. Necə ora gedib çıxdığını hələ bilmirəm. Gələndən yatıb. Yorğundu deyə üstünə getməmişəm, soruşmamışam. Oyanandan sonra aydınlaşdıracağıq. Ola bilər çətinliyə düşüb, balı zəif yiğmaqdan qorxub, rayona gəlmək istəməyib”.

Qeyd edək ki, dünən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gəlib, iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin onun evə gedib çıxmadığı və axtarıldığı barədə məlumat yayılmışdı.


Müəllif: Şəfiqə Nazimqızı