26 İyul 2017 12:19
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Qəndahar vilayətində hərbi bazaya silahlı hücum olub.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı azı 40 hərbçi həlak olub.

Məlumatlara görə, hücum "Taliban" terrorçuları tərəfindən törədilib.

Hadisə zamanı terrorçularla hərbçilər arasında 5 saat atışma baş verib. Terrorçuların itkiləri ilə bağlı hələlik məlumat verilmir.


Müəllif: Samir