26 İyul 2017 13:22
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ikinci dəfə ailə həyatı qurub.

Teleqraf.com xəbər verir ki, toy Bakıdakı şadlıq saraylarından birində keçirilib. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları da iştirak edib. Dostları onun fotolarını sosial şəbəkələrdə paylaşıblar.

Dünyanın 3 ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanmışdı.

Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.


Müəllif: Könül