26 İyul 2017 16:15
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Torfavan – Vardenis magistralında avtomobil qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza zamanı hərbçiləri aparan “Ford Transit” markalı mikroavtobusla “Mercedes C180” toqquşub.

Hadisə zamanı 9-u hərbçi olmaqla 12 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı qarnizon hospitalına çatıdırılıb. Qəzanın dəqiq səbəbləri məlum deyil.


Müəllif: Samir