26 İyul 2017 17:23
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda bir nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Müəllif: İlhamə Əbülfət