27 İyul 2017 14:35
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk aeroportunda qəza baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza 2 sərnişin təyyarəsinin toqquşması nəticəsində baş verib.

Məlumatlara görə, uçuşa hazırlaşan və göyərtəsində 286 nəfərin olduğu təyyarə dönən zaman quyruq hissəsi digər təyyarəyə dəyib.

Hadisədən sonra Qazaxıstana uçmalı olan reysitəxirə salınıb.

Qəza zamanı xəsarət alan olmayıb.


Müəllif: Samir