27 İyul 2017 21:23
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.


Müəllif: Teleqraf.com