28 İyul 2017 00:45
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nabranda yerləşən istirahət mərkəzlərinin birində kütləvi dava olub.

Teleqraf.com ARB TV-ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Xaçmazın Xudat şəhər saikini 51 yaşlı Toğrul Məmişov və 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına yerləşdirilən şəxslərdən T.Məmişova sağ və sol dirsək nahiyəsinin sıyrılmış yarası, Z.Səfiyevə isə qapalı kəllə-beyin travması, göz orbitinin əzilməsi və hematoması diaqnozu qoyulub.

Hər iki şəxs ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib.


Müəllif: Teleqraf.com