28 İyul 2017 10:36
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib.

Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com