24 Aprel 2014 15:50
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğanın ermənilərə başsağlığı verməsi çox ciddi məsələdir”.

Bu fikirləri Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, 1915-ci ildə guya baş vermiş “erməni soyqırımı” cəfəngiyyatdan başqa bir şey deyil: "Osmanlı imperiyasının bu dövrünə aid olan tarixi təhrif olunur. Bütün dünyada da erməni lobbisi müxtəlif fəndlərlə yalan informasiya yayaraq, anti-türk təbliğatı aparırlar. Hesab edirəm ki, bütün bunlar hamısı birbaşa türklərə qarşı hesablanmış məsələlərdir”.

X.Teyyublunun fikrincə, bu gün “erməni soyqırımı”nı tanımaq birmənalı şəkildə Türkiyə və türkçülük əleyhinə bir addım kimi qiymətləndirilməlidir: “Bu gün Bütöv Azərbaycanda Gənclik günü kimi qeyd edilir. Fikrimcə, qondarma erməni soyqırımına qarşı ümumilikdə türklərin bir müqaviməti lazımdır ki, biz bu yalançı, saxta və üzərimizə gələn imperialist qüvvələrdən xilas ola bilək. Ona görə də, “erməni soyqırımı”na olan münasibəti anti-türk və insanlıqdan kənar kimi qiymətləndirirəm”.

BƏXTİYAR


Müəllif: