22 İyul 2014 14:42
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasında “Qismən səfərbərlik haqqında” qanunun müzakirəsi zamanı deputatlar dalaşıb.

Alınanan məlumata görə, qanun layihəsi Azadlıq Partiyası deputatlarının xoşuna gəlmədiyindən parlamentdə mübahisə yaranıb.

Davanın yaranmasına səbəb Regionlar Partiyası nümayəndəsinin Ukrayna hakimiyyətini sərt tənqid etməsi olub. O bildirib ki, Kiyev hakimiyyəti öz vətəndaşlarını öldürməyə davam edir. Bundan sonra isə Ali Radanın sədri deputatın təxribatla məşğul olduğunu bildirib və mikrofonu söndürüb. Qanun layihəsinin səsverməyə çıxarılması zamanı isə Azadlıq Partiyasının nümayəndələri N. Levçenkonun üzərinə hücum ediblər. Bundan sonra isə Nikolay Levçenko və Kommunist Partiyasının deputatları iclas zalını tərk ediblər. Onlar qanun layihəsinin müzakirəsi və qəbulu zamanı Regionlar Partiyasının deputatı Nikolay Levçenkonun üstünə hücum ediblər.

Sonda qanun qəbul edilib.

Qeyd edək ki, qanun layihəsini Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya təqdim edib.

/modern.az/


Müəllif: