10 Avqust 2017 23:12
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində Bələdiyyənin Təmizlik Şöbəsində çalışan Akın Ayerdem zibillikdən tapdığı 48 min 900 lira (təxminən 23500 AZN) pulu sahibinə qaytarıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, pulun Ş.T adlı yaşlı qadına məxsus olduğu bildirilir. Qadın evini təmizləyərkən pulqabını da zibil qabına atıb. Bir gün sonra pulu zibilliyə atdığının fərqinə varan qadın polisə üz tutub.

Bələdiyyə işçisi Akın Ayerdem zibilxanada təmizlik işləri apararkən gözü təsadüfən pulqabına sataşıb. O, tapdığı pulu yaxınlıqdakı polis bölməsinə təhvil verib.

Yerli bələdiyyə sədri etdiyi yaxşılığa görə Akın Ayerdemi mükafatlandırıb.


Müəllif: Teleqraf.com