11 Avqust 2017 17:56
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:33

Türkiyədə müalicə alan Aktrisa Minayə Əminə komaya düşüb. Onun beyin ölümü keçirdiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, həmkarları arasında Mila kimi tanınan gənc aktrisa meningit xəstəliyindən əziyyət çəkib.

Dünən səhər saat 10:39-da kliniki ölüm keçirən aktrisa Milanı bu gün 12:00-da nəfəs aparatından ayırıblar.

Milanın rəfiqəsi Sevinc Şirinova isə Publika.az-a açıqlamasında Milanın anasının hazırda şok keçirdiyini bildirib.

“İndi Milanın sadəcə ürəyi yaşayır. Həkimlər deyib ki, onun ürəyi bir gündən sonra dayanacaq. Artıq ayılmasına dair heç bir ehtimal yoxdur. Gözlərinin ağı qaralıb…

Anası Mətanət Bayramova ilə əlaqə saxlamışam. Rəfiqəmin anası şokdadır. Mila süni nəfəs aparatından ayrılmayıb. Çünki anası buna icazə vermir. Heç olmasa, bircə gün də balasının ürəyi yaşasın istəyir".

Qeyd edək ki, Mila bir neçə filmdə, o cümlədən Xəzər TV-də "Kölgə" serialında rol alıb. O, Türkiyə vətəndaşı ilə ailə qurub.


Müəllif: Könül