11 Avqust 2017 13:28
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 13 nəfər dar ağacından asılaraq edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, edam olunanlar narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılıblar.

Yeni edamlar İranın Bircənd, Babül və Şiraz şəhərlərində həyata keçirilib.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur.

Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə, hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.


Müəllif: Samir