11 Avqust 2017 13:48
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

APA-nın məlumatına görə, hadisə nəticəsində 35 yaşında vəfat edən Ramil Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com