11 Avqust 2017 14:47
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Konfransı Gənclik Forumunun sədri, fövqəladə və saləhiyyətli səfir Elşad İskəndarovun atası Hüseyn İsgəndərov ötən gecə vəfat edib.

Salamnews xəbər verir ki, bu gün İstanbulun Halkalı rayonunda yerləşən Zeynəbiyyə məscidində cümə namazından sonra mərhum üçün cənazə namazı qılınacaq. Mərasimdə Türkiyə və Azərbaycandan bir sıra rəsmilərin də iştirakı gözlənilir.

Bildirək ki, İslam Konfransı Gənclik Forumu İslam Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərir. Qurumun mərkəzi ofisi İstanbulda yerləşir.


Müəllif: Teleqraf.com