11 Avqust 2017 22:22
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının döşəməsi 2 m² sahədə və giriş qapısının üzlüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:40-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com