12 Avqust 2017 13:54
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan ölkədə qeyri-qanuni yaşadıqları üçün 40 min arakanlı müsəlmanı deportasiya etmək istəyir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dehli hökuməti bununçün Banqladeş və Myanma ilə danışıqlar aparır.

Hindistan Daxili İşlər Nazirliyi Hindistanda yaşayan yalnız 14 min arakanlı müsəlmanın Birləşmiş Millətlər Mühacir Agentliyində qeydiyyatda olduğu, qalanının isə ölkədə qeyri-qanuni qaldığını bildirib.

Hindistanın Daxili İşlər naziri Kiren Ricicu da parlamentdə etdiyi çıxışında federal hökumətə ölkədə qeyri-qanuni qalan xarici vətəndaşları müəyyənləşdirmək və onları deportasiya etmək üçün tapşırıq verib.

On minlərlə Arakan müsəlmanı əksəriyyəti bütpərəstlər olduğu Myanmardan ötən əsrin 90-cı illərində onlara edilən zülmdən qaçaraq, Banqladeşdə yaşamağa başlamış, bir qismi isə sonralar hindusların çoxluq təşkil etdiyi Hindistana keçmişdi.


Müəllif: Samir