13 Avqust 11:29
334

Suriyanın şimalında yerləşən və İŞİD terror təşkilatının nəzarətində olan Rakka şəhərinin mərkəzinə edilən yerüstü və hava hücumları nəticəsində 2 ayda ən azı 946 mülki vətəndaşın öldürüldüyü açıqlanıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, "Rakka səssiz-səmirsiz məhv edilir" adlı yerli aktivist şəbəkəsi bu qədər itkinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın iyunun 9-dan avqustun 8-dək etdiyi hücumlar nəticəsində qeydə alındığını açıqlayıb.

Məlumatda iki aydır su və elektrik enerjisinin kəsildiyi Rakkadan təxminən 450 min mülki vətəndaşın da İŞİD əleyhinə koalisiyanın və PKK/PYD-nin hücumları üzündən evlərini tərk etdiyi, təxminən 30 min vətəndaşın isə İŞİD-ın yerləşdirdiyi minalar səbəbindən şəhərdən qaça bilmədiyi bildirilib.


Müəllif: İlhamə Əbülfət