13 Avqust 15:43
622

Ermənistanda 3 gündür davam edən yanğın Xosrov dövlət qoruğuna da yayılıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu gün səhər saat 07:30-da yanğının söndürülməsinə 77 xilasedici, Ararat hərbi hissəsinin 50 hərbi qulluqçusu, 60 polis, meşə təsərrüfatının 50 əməkdaşı, həmçinin Ursadzor kənd sakinləri cəlb edilib.

Bundan başqa, yanğının söndürülməsi üçün Müdafiə Nazirliyinin iki vertolyotu gətirilib. Onlar 6 uçuş həyata keçiriblər.

Xosrov qoruğunun 500 hektardan çox ərazisinin yanaraq külə döndüyü bildirilir.

Təqdim etdiyimiz videoda yanğın olan meşə sahələri göstərilib.


Müəllif: Nərgiz