13 Avqust 17:14
108

Türkiyənin Muğla əyalətində 4,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bodrum rayonunda, ocağı isə 21.79 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com