13 Avqust 2017 19:19
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə batan 9 yaşlı uşağın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, 12.08.2017-ci il tarixində Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi 13.08.2017-ci il tarixində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.


Müəllif: Teleqraf.com