14 Avqust 2017 08:26
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina-Fasoda türk restoranına hücum edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 17 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Həlak olanların və zərər çəkənlərin vətəndaşlığı dəqiqləşdirilmir, lakin qeyd edilir ki, onların arasında Türkyə və Fransa vətəndaşları var.

Hadisə yerli vaxtla saat 21.30 baş verib. Cinayətkarlarla polis arasında atışma baş verdiyi bildirilir.


Müəllif: Teleqraf.com